XƏBƏRLƏR

Bütün xəbərlər
Yerli turnirlər
Beynəlxalq turnirlər
Müsahibələr
Digər
Xəbər lenti
Tarixi nailiyyət: Hidayət Heydərov 4 qat Avropa çempionu oldu!

Aprelin 26-da Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında Hidayət Heydərov möhtəşəm qələbə qazanaraq dördüncü dəfə Avropa çempionu olub. 

Heydərov (-73 kq.) Albaniya, Portuqaliya və Moldovadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə o, Danil Lavrentevi (fərdi neytral idmançı) məğlub edərək çempion titulunu qazanıb.

Qeyd edək ki, Hidayət Heydərov bundan əvvəl 2017, 2022 və 2023-cü illərdə böyüklər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Hidayət Heydərovu və bütün cüdo həvəskarlarını bu möhtəşəm qələbə münasibətilə təbrik edirik!

26 aprel, 2024
Balabəy Ağayev Avropa çempionatının ilk günündə gümüş medal qazandı

25 apreldə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında cüdoçularımız 1 gümüş medal qazanıb. 

Kişilər arasında -60 kq. çəkidə mübarizə aparan cüdoçumuz Balabəy Ağayev final görüşündə ispaniyalı idmançı Fransisko Qarriqos ilə güclərini sınayıb. Nəticədə Balabəy gümüş medal əldə edib. 

Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Turan Bayramov 5-ci yerə çıxıb.

Qadınlar arasında -52 kq. çəkidə Aydan Vəliyeva yarışı 5-ci yerdə tamamlayıb.

Qeyd edək ki, -60 kq. çəkidə təltifetmə mərasimində medalları və mükafatları gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu təqdim edib.

25 aprel, 2024
Avropa çempionatında Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

23 apreldə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında cüdo üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 9 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!

Qadınlar 

-48 kq. 

Leyla Əliyeva - Tuqçe Beder (Türkiyə)

-52 kq. 

Gültac Məmmədəliyeva - Sofiya Asvesta (Kipr Respublikası) / Qabriela Dimitrova (Bolqarıstan) qarşılaşmasının qalibi ilə

Aydan Vəliyeva - Qefen Primo (İsrail)

-57 kq. 

Acelya Toprak - Karla Tavarez Fernandez (Luksemburq)

Kişilər

-60 kq. 

Balabəy Ağayev - Marton Andrasi (Macarıstan) / Anqelo Pantano (İtaliya) görüşünün qalibi ilə

Turan Bayramov - Vaçe Adamyan (Avstriya)

-66 kq. 

Yaşar Nəcəfov - Lukas Saha (Finlandiya) / Muhammed Demirel (Türkiyə) qarşılaşmasının qalibi ilə

-73 kq. 

Hidayət Heydərov - Kestutis Vitkaskas (Litva) / İndrit Kalhac (Albaniya) görüşünün qalibi ilə

Rəşid Məmmədəliyev - Darko Topaloviç (Bosniya və Herseqovina) / Coşua Qrin (İrlandiya) görüşünün qalibi ilə

-81 kq. 

Zelim Tçkayev - Nace Herkoviç (Sloveniya) / Maksim Triqub (İrlandiya) görüşünün qalibi ilə

-90 kq. 

Murad Fətiyev - Yamal Petqrave (Böyük Britaniya)

Elcan Hacıyev - Kornelyus Eylertsen (Norveç) / Yosip Buliç (Xorvatiya) görüşünün qalibi ilə

-100 kq. 

Zelim Kotsoyev - Adnan Xankan (BCF Qaçqınlar Komandası)

İdmançılarımıza uğurlar arzulayırıq!

24 aprel, 2024
...

Ətraflı
...
Digər
Azərbaycan Cüdo Federasiyasının növbəti Konfransı keçirilib

Aprelin 20-də Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti Konfransı keçirilib. İclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-in prezidenti Rəşad Nəbiyev, Konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

Rəşad Nəbiyev açılış çıxışında federasiyanın əsas məqsədinin cüdonun hərtərəfli inkişafı və kütləviləşdirilməsinin olduğunu bildirərək, ötən müddət ərzində ölkədə cüdo idman növü ilə məşğul olanların sayının 50%-dən çox artaraq 18 min nəfəri keçdiyini vurğulayıb. O, xüsusilə qız idmançılarının sayının artdığını qeyd edib.

Federasiya prezidenti bildirib ki, klublar və milli komandalar səviyyəsində idmançıların hazırlığının yüksək səviyyədə təmin edilməsi ilk növbədə ölkədə məşqçiliyin keyfiyyətinin artırılması ilə əlaqədardır. Bu baxımdan Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə qarşılıqlı əməkdaşlıq nəticəsində bu istiqamətdə görülən işlər mühüm əhəmyyət kəsb edir.

O, əldə edilən nailiyyətlərin və uğurların təməlində ölkə rəhbərliyinin idmana, o cümlədən cüdo idmanına verdiyi hərtərəfli dəstəyin durduğunu vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan Cüdo Federasiyasının son illərdəki fəaliyyətini müsbət qiymətləndirərək xüsusilə yarışların beynəlxalq standantlara cavab verəcək formada təşkil edilməsini, cüdonun kütləviləşdirilməsi istiqamətində görülən işləri qeyd edib.

Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, ACF-in baş katibi Rəşad Rəsullu tərəfidən 2022-2023-cü illər üzrə fəaliyyət hesabatı təqdim edilib. Hesabat Konfrans üzvləri tərəfindən təsdiq edilib.

ACF-in 2024-2028-ci illər üçün strategiyası iclas iştirakçılarına təqdim edilib və səsvermə ilə qəbul edilib. Bundan başqa, Federasiyanın 5-ci redaksiyada Nizamnaməsi təsdiq edilib.

Bildirilib ki, Raqif Abbasov ACF İcraiyyə Komitəsindəki səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müraciət edib. Onun yerinə İcraiyyə Komitəsi üzvlüyünə Rəşad Rəsullunun namizədliyi təkif edilib və qəbul edilib.

Rəşad Rəsullunun ACF-nin icraçı vitse-prezidenti seçilməsi təklif olunub və o, Federasiya üzvləri tərəfindən bu vəzifəyə təsdiq edilib.

Daha sonra ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçiməsi üçün səsvermə keçirilib. Mövlüd Mirəliyev, Ləman Kərimli və Orxan Əsədov Komitə üzvləri kimi təsdiq edilib və Mövlud Mirəliyev Konfrans tərəfindən Komitənin sədri təyin edilib.

Ətraflı