Azərbaycan Cüdo Federasiyası ilin ən yaxşısıdır!

Cüdo məşqçilərinin ümumrespublika seminarı keçirildi

Azərbaycan 2026-cı ildə cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

Zelim Kotsoyev Olimpiya çempionu oldu

O, bunu da bacardı! Hidayət Heydərov artıq Olimpiya zirvəsindədir!

logo
Federasiya
Federasiya haqqında İcraiyyə Komitəsi Əməkdaşlar Sənədlər E-müraciət
Cüdo haqqında
Cüdo haqqında Cüdo dəyərləri Terminlər lüğəti
Təqvim
Media
Xəbərlər Multimedia
Azərbaycan cüdosu
Şərəf lövhəsi Hakimlər Performans heyəti və məşqçilər Komandalar Nəticələr Cüdo klublarının xəritəsi Kəmər dərəcələri və imtahanlar Dan dərəcələri və imtahanlar
AZ
EN

MENYU

  • Federasiya
    • Federasiya haqqında
    • İcraiyyə Komitəsi
    • Əməkdaşlar
    • Sənədlər
    • E-müraciət
  • Cüdo haqqında
    • Cüdo haqqında
    • Cüdo dəyərləri
    • Terminlər lüğəti
  • Təqvim
  • Media
    • Xəbərlər
    • Multimedia
  • Azərbaycan Cüdosu
    • Şərəf lövhəsi
    • Hakimlər
    • Performans heyəti və məşqçilər
    • Komandalar
    • Nəticələr
    • Cüdo klublarının xəritəsi
    • Kəmər dərəcələri və imtahanlar
    • Dan dərəcələri və imtahanlar
AZ
EN

XƏBƏRLƏR

DAHA ÇOX
...
Beynəlxalq turnirlər
24 oktyabr, 2025

Cüdo üzrə 2026-cı il dünya çempionatının keçirilmə tarixi dəyişdirilib

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.

Yeni qərara əsasən, mundial 4–11 oktyabr 2026-cı il tarixlərində baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.

Fərdi mübarizələr 4–10 oktyabr tarixlərində, qarışıq komanda yarışları isə 11 oktyabrda keçiriləcək.

Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.

Ətraflı
...
Yerli turnirlər
23 oktyabr, 2025

U-14 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyi keçirilib

U-14 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyi keçirilib. 

Turnirə Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Qobustan, Şamaxı, Şəki və Zaqataladan 105 cüdoçu qatılıb. Şəki Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 11 çəki dərəcəsində medalçılar müəyyənləşib. 

Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.


Medalçıları təqdim edirik:


Oğlanlar


-38 kq

1. Tunar Mirzəyev (Balakən OİK)

2. Ramazan Fərzəliyev (Oğuz)

3. Fərid Qarayev (İsmayıllı RKİM)

3. Teymur Mahmudov (Balakən OİK)


-42 kq

1. Xalid Baharov (Zaqatala UGİM)

2. Daniel Uluxanov (Balakən OİK)

3. Sərxan Güləhmədov (Oğuz)

3. Ömər Rüstəmov (Şəki)


-46 kq

1. Elgün İlyasov (Balakən OİK)

2. Polad Məmmədov (Balakən OİK)

3. Rəvan Cəfərov (Balakən OİK)

3. Zeyd Rəhimli (ACF)


-50 kq

1. Ömər Allahverdiyev (İsmayıllı RKİM)

2. Laşa Canaşvili(Qax)

3. Orxan Yaqublu (ACF)

3. Vüsal Şabanov (Zaqatala UGİM)


-55 kq

1. Tunar İmamov (Zaqatala OİK)

2. Asif Acalov (ACF)

3. Nəsir Əhmədov (Qobustan)

3. İbrahim İsgəndər (Zaqatala UGİM)


-60 kq

1. Rəsul Davudov (Zaqatala UGİM) 

2. Sabir Mustafazadə (ACF)

3. Ömər Bürcəliyev (İstiqlal İK Ağsu)


-66 kq

1. Hüseyn Ələsgərov (Qəbələ İK)

2. David Səmədov (Balakən OİK) 

3. Rəvan Mahmudov (Balakən OİK)


-73 kq

1. Zahir Niftullayev (Zaqatala UGİM)

2. Üzeyr Əsədov (Oğuz)


+73 kq

1. Tofiq Cumayev (Zaqatala UGİM)

2. Aqşin İsgəndərov (Qəbələ İK)


Qızlar 


-40 kq

1. Nərgiz Fərzəliyeva (İsmayıllı RKİM)

2. Zəhra İbrahimli (Balakən OİK)


-48 kq

1. Gözəl Məmmədova (Zaqatala UGİM)


Ətraflı
...
Beynəlxalq turnirlər
23 oktyabr, 2025

Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək

8–10 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.

İslamiadanın yerli təşkilat komitəsi tərəfindən iştirakçı ölkələrə 5 kişi və 7 qadın cüdoçu üçün kvota ayrılıb. Turnirdə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 idmançı təmsil edəcək.

Heyət seçimində qarışıq komanda yarışında zədə və digər hallar səbəbilə ehtiyat idmançıların olması xüsusi diqqətdə saxlanılıb. Təəssüf ki, təşkilatçılar tərəfindən tətbiq edilən kvota məhdudiyyətinə görə millimiz Oyunlarda tam heyətlə çıxış edə bilməyəcək.

Cüdo yarışlarında 30-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.


Milli komandanın heyəti:


Kişilər

-66 kq: Ruslan Paşayev

-73 kq: Hidayət Heydərov

-90 kq: Elcan Hacıyev

-100 kq: Zelim Kotsoyev

+100 kq: Uşanqi Kokauri


Qadınlar

-48 kq: Könül Əliyeva

-52 kq: Aydan Vəliyeva, Gültac Məmmədəliyeva

-57 kq: Fidan Əlizadə

-70 kq: Südabə Ağayeva, Aytac Qardaşxanlı

-78 kq: Günel Həsənli

Ətraflı
...
Digər
22 oktyabr, 2025

Şəkidə 246 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Oktyabrın 22-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. 

İmtahanda Şimal-Qərb bölgəsindən 246 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib. 

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Ətraflı

Cüdo klublarının xəritəsi

Cüdo son illər Azərbaycanda ən populyar idman növlərindən birinə çevrilib. Bütün rayon və şəhərləri əhatə edən bu xəritədən sizdə faydalanın.

mapImg

TƏQVİM

DAHA ÇOX
err

İl ərzində qazanılan medallar

2025-ci il ərzində Azərbaycan yığma komandasının müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərdə qazandığı medalların sayı

22

Ümumi

5

Qızıl

6

Gümüş

11

Bürünc

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Heydər Əliyev Fondu
Virtual Qarabağ

İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Baş sponsor

Tərəfdaşlarımız

ABUNƏ OLUN

Cüdo aləmindəki yeniliklərdən operativ şəkildə xəbər tutmaq üçün abunə olun.




mail E-poçt
[email protected]
phone Qaynar xətt
8558
phone Telefon
+99412 498 83 80
adress Ünvan
Bakı şəh., Nərimanov ray., Azadlıq pr. 128 AZ 1106
logo
Bizi sosial şəbəkələrdən izləyin:

Federasiya

  • Federasiya haqqında
  • İcraiyyə Komitəsi
  • Əməkdaşlar
  • Sənədlər
  • E-müraciət

Cüdo haqqında

  • Cüdo haqqında
  • Cüdo dəyərləri
  • Terminlər lüğəti

Media

  • Xəbərlər
  • Multimedia
  • Təqvim

Azərbaycan Cüdosu

  • Şərəf lövhəsi
  • Hakimlər
  • Performans heyəti və məşqçilər
  • Komandalar
  • Nəticələr
  • Cüdo klublarının xəritəsi
  • Kəmər dərəcələri və imtahanlar
  • Dan dərəcələri və imtahanlar

ACF ailəsi zəngin cüdo ənənələri olan Azərbaycanın kütləvilik və qlobal nailiyyətlər baxımından dünyanın ən aparıcı cüdo ölkələrindən biri olması, bu idman növünün inklüzivliyini, əlçatanlığını və dəyərlərini təşviq edərək, gücləndirmək naminə çalışır.

Crocusoft LLC şirkəti tərəfindən hazırlanıb.