2025-ci ildə 80 idman zalına 6000-dək tatami təhvil verilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı, eləcə də idman infrastrukturunun mərhələli şəkildə gücləndirilməsidir.
Bu məqsədlə ötən il ərzində ölkə üzrə 80 idman zalına ümumilikdə 6000-dək “Taishan” markalı tatami təhvil verilib.
Qeyd edək ki, 2022-ci ildən etibarən Bakı və regionları əhatə edən genişmiqyaslı dəstək çərçivəsində federasiya tərəfindən 179 idman zalına ümumilikdə 13 200 tatami paylanılıb.
Bununla paralel olaraq, 2022–2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib.