Oktyabr 17-də cüdo üzrə U-14 yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə daha 9 çəki dərəcəsində medalçılar müəyyənləşib.
İki gün davam edən turnirdə 68 klub və idman cəmiyyətindən 460 idmançı (400 oğlan, 66 qız) 18 çəkidə qüvvəsini sınayıb.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Son günün qalib və mükafatçıları:
Oğlanlar
-42 kq
1. Ayhan Musazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Sultan Hacıyev (Günəşli İK)
3. Səccət Tağıyev (Qəbələ - Bakı)
3. Teyyub Səmədov (RKİM)
-50 kq
1. Ümüd İmanlı (Çevik İK)
2. Əli Quliyev (Pirşağı-Kürdəxanı İK)
3. Müslim Eyyubov (Xəzri İK)
3. İmran Salahov (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
-60 kq
1. Ayxan Hüseynov (FHN İSK)
2. Məhəmməd Şirəliyev (Pirşağı-Kürdəxanı İK)
3. Rəsul Rüstəmli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Camal Abdullazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-73 kq
1. Yusif Ağakişiyev (RKİM)
2. Kərim Məmmədov (Ramana İM)
3. İbrahim Əliyev (Günəşli İK)
3. Nihat Məmmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
+73 kq
1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Rəsul Qasımov (Kürdəxanı Cüdo Klub)
3. Mixail Tarusov (Kanokan-TT İK)
3. Mehdi Zəki (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
Qızlar
-40 kq
1. Fatimeyizəhraxanım Məmmədzadə (Bakı şəhəri 10 nömrəli UGİM)
2. Mələk Mirsultanova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Ziba Nuriyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Leyla Hacırzalı (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
-48 kq
1. Yağmur Abdullayeva (Şuşa UGİM)
2. Aysel İsmayılova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Leyla Quliyeva (Balaxanı İM)
3. Türkan Əlizadə (Judo Club 2012)
-57 kq
1. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Arzu İmanzadə (RKİM)
3. Aysun Orucova (Kanokan-TT İK)
-70 kq
1. Əsnad İlyasova (Lokomotiv İK)
2. Zeynəb Mehti (Turan İK)
Yekunda medalların əyarına görə ümumi komanda hesabında Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ (5-5-7) I, Respublika Kompleks İdman Məktəbi (2-2-2) II, Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ isə (2-2-1) III yeri tutub. Qalib komandalara müvafiq kuboklar təqdim olunub.
Ətraflı